AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN əməkdaşı faciəvi şəkildə öldü: toyu olacaqdı - Foto

  • + A
  • - A
  • 26-09-2024, 11:30

    FHN əməkdaşı faciəvi şəkildə öldü: toyu olacaqdı - Foto

     
    Ağcabədidə FHN əməkdaşının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

    Ötən gün baş verən qəza zamanı həyatını itirən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb.

    Mərhum nişanlı olub. Nənəsi dünyasını dəyişdiyi üçün toyu bir dəfə təxirə salınıb. Məclis bu yaxınlarda baş tutacaqdı.

    Xatırladaq ki, hadisə ötən gün Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.(Unikal)

     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR