Tsalencixa rayonunun (Sameqrelo-Zemo Svaneti bölgəsi) meri Georgi (Giya) Xarçilava qan laxtalanması nəticəsində ölüb.
Azadmedia.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Bilsirilib ki, Xarçilava Gürcüstanda müxalifətdən olan yeganə mer idi. 2021-ci ildə Vahid Milli Hərəkat Partiyasından yeganə şəxs idi ki, seçkilərdə hakim Gürcü Arzusundan olan rəqibini üstələyə bilmişdi.
O, 54 yaşında vəfat edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.