ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, istefada olan polkovnik Douglas Macgregor Ukraynadakı vəziyyətin Kiyev üçün getdikcə çətinləşdiyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusu uzaqmənzilli raket imkanları sayəsində ölkənin dərinliklərində, hətta Lvov istiqamətində də zərbələr endirə bilər.
Makqreqor iddia edib ki, Ukrayna rəhbərliyi ağır vəziyyətlə üz-üzədir və Qərbdən daha çox dəstək almağa çalışır. O, həmçinin Avropada Ukraynaya əvvəlki səviyyədə marağın azaldığını bildirib.
Ekspert Rusiyanın “Oreşnik”, “İsgəndər” və digər raket ehtiyatlarının böyük olduğunu vurğulayaraq yaxın vaxtlarda daha genişmiqyaslı hücumların mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, Volodymyr Zelenskyy də kəşfiyyat məlumatlarına əsasən Rusiyanın mümkün kütləvi raket zərbələri təhlükəsinin hələ də aktual olduğunu açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.