AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi layihəsi həyata keçirilir

  • + A
  • - A
  • 5-08-2026, 16:35

    Dünya Azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi layihəsi həyata keçirilir

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlıları Vətənpərvərləri İctimai Birliyi “Dünya Azərbaycanlıları arasında vətənpərvərlik ruhunun gücləndirilməsi” layihəsinə start verdi.

    Üç ay müddətində həyata keçiriləcək layihənin əsas məqsədi dünya azərbaycanlıları arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin, milli kimlik və dövlətçilik düşüncəsinin təbliğini gücləndirmək, Azərbaycan xalqının tarixi irsinin və milli dəyərlərinin qorunmasına töhfə verməkdir.

    Layihə çərçivəsində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə bağlılıq hissinin gücləndirilməsi, milli həmrəyliyin təşviqi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində müvafiq fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Dünya Azərbaycanlıları Vətənpərvərləri İctimai Birliyinin sədri Nəsimi Həsənov layihə ilə bağlı mətbuata açıqlamasında bildirib ki, vətənpərvərlik milli kimliyin qorunması, dövlətə bağlılıq və Vətən qarşısında məsuliyyət hissinin formalaşmasında mühüm rol oynayır. O qeyd edib ki, layihənin əsas hədəflərindən biri gənclərin bu istiqamətdə maarifləndirilməsi və dünya azərbaycanlıları arasında milli-mənəvi bağların daha da möhkəmləndirilməsidir.

    Layihənin sonunda fəaliyyətlərdə fəal iştirak edən gənclər müvafiq sertifikatlarla təmin olunacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR