AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Rəcəbovun artan nüfuzunu kimlər həzm edə bilmirlər?

  • + A
  • - A
  • 13-06-2020, 12:23

    İlham Rəcəbovun artan nüfuzunu kimlər həzm edə bilmirlər?
    Yəqin ki, tam əksəriyyət o haqda məlumatlıdır ki, ötən ilin sentyabr ayında ölkəmizin daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Mübariz Şahbazov yaş həddi ilə bağlı daşıdığı vəzifədən azad olundu və Nazirin digər əmri ilə, BDYP İdarəsinin rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı İlham Rəcəbov təyin olundu. Onu da qeyd edək ki, İlham Rəcəbov belə bir vəzifəyə təyin olunmazdan öncə Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsini daşıyıb. Bir sözlə, adı çəkilən bu şəxs uzun illər ərzində daxili işlər orqanlarında çalışmış, polis polkovnik-leytenantı rütbəsinə sahib olmuş və lazımınca da iş təcrübəsi qazanmış bir şəxsdir. Bu belə olduğu halda sual oluna bilər ki, görəsən bəzi media qurumlarının əməkdaşlarını narahat edən məsələ nədir ki, onlar mediada polis polkovnik-leytenantı İlham Rəcəbovla bağlı açıqlamalara daha çox yer verirlər, hətta adı çəkilən bu şəxslə bağlı ötən ilin sentyabr ayında cənab Nazirin vermiş olduğu əmrə qısqanclıq hissi ilə də yanaşırlar. Yəni, sual oluna bilər ki, görəsən BDYP İdarəsinin rəis müavini vəzifəsini daşımaq həm bir vətəndaş, həm də bir peşəkar polis əməkdaşı olaraq İlham Rəcəbova qadağan olunubmu, yaxud da qadağan olunması hansısa qanunla tənzimlənibmi? Odur ki, olduqca sərsəm və heç bir əsası olmayan məntiqsiz açıqlamaları yayımlayan KİV nümayəndələri, bu yöndə addımlarını atarlarkən yüz ölçüb bir biçməlidirlər. Çünki, irəli sürülən hər bir ittihamın müəyyən əsasları olmalıdır.

    Başqa bir məqama da toxunaq ki, heç bir əsassı olmayan açıqlamaları yayımlayanlar polis polkovnik-leytenantı İlham Rəcəbovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni olmasını daha çox qabardırlar. Sual oluna bilər ki, adı çəkilən bu şəxsin Açıq Səhmdar Cəmiyyəti sədrinin kürəkəni olmasının media nümayəndələrinə nə kimi aidiyyatı var? Məgər, adı çəkilən bu şəxsin Əhməd Əhmədzadənin kürəkəni olması məsələsi KİV nümayəndələrinin müzakirə predmeti olmalıdırmı? Axı, kim və yaxud da hansı qanun ixtiyar verir ki, media nümayəndələri bu iki tərəfin ailə məsələlərinə qarışır? Bu yöndə atılan çirkin addımlardan biri də, guya ki, İlham Rəcəbovun polis sistemində mənfi imicə sahib olmasıdır. O halda sual oluna bilər ki, görəsən geniş ictimaiyyətin heç bir halda ciddi qəbul etmədiyi həmin yazarlar, İlham Rəcəbovun polis sistemində mənfi imicə malik olmasını hansı meyarlarla müəyyən edirlər?

    Bu yöndə atılan çirkin addımlardan biri də, əsassız açıqlamaları yayımlayan media nümayəndələrinin səlahiyyətli dövlət qurumlarını fəaliyyətsizlikdə ittiham etmələridirlər. Yəni, onlar belə bir açıqlamaları da yayımlayırlar ki, guya İlham Rəcəbov Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartalda sakinlərin həyatı üçün təhlükə yaradır və belə bir səbəb üzündən də, sakinlər Baş Prokurorluğa, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və digər dövlət qurumlarına şikayətlər etsələr də, heç bir dövlət qurumu bu yöndə lazımi tədbirlərini görmürlər. Bu cür yanaşma olduqca gülüş doğuran, hər kəsdə ikrah hissi doğuran yanaşmadır. Çünki, hal-hazırda adı çəkilən dövlət qurumlarının iş fəaliyyətləri hər kəsin gözləri önündədir. Yəqin ki, belə bir əhəmiyyətsiz, məntiqsiz, heç bir əsası olmayan açıqlamaları yayımlayanlar, gündəlik “ağaları”nın diktəsi ilə oturub-durduqlarından, məhz bu yöndə də addımlarını atmaqda davam edirlər.

    O halın varlığını da qeyd edək ki, polis polkovnik-leytenantı İlham Rəcəbov əqidəsi saf, vicdanı təmiz olan bir polis əməkdaşıdır. Bu gün ona qarşı bəzi “nankor qüvvələr” tərəfindən məqsədli şəkildə “qarayaxma kompaniyası” təbliğ olunmaqdadır. Paytaxt Bakı şəhərinin Biləcəri qəsəbəsindən kənarda tanınmayan, geniş ictimaiyyətin heç bir halda qəbul etmədiyi ayrı-ayrı media qurumlarında, bu şəxs haqqında şər-böhtan xarakterli məqalələrin yayımlanması, əslində nankorluqdan başqa bir şey deyil. Sözsüz ki, belə bir iyrənc addımların kökündə adı çəkilən bu şəxsin gündəlik artan nüfuzunu həzm edə bilməyənlərin əsassız ambisiyaları durur. Amma həmin qüvvələr onu unudurlar ki, bu cür addımları ilə heç də uzağa gedə bilməyəcəklər.

    Hazırladı: Xəlil YUSİFOĞLU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR