AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? - Operativ Qərargahdan AÇIQLAMA

  • + A
  • - A
  • 16-06-2020, 16:12

    Bu həftə sonu da evdən çıxmaq qadağan olunacaq? - Operativ Qərargahdan AÇIQLAMA


    Son iki həftə ərzində Azərbaycan üzrə narıncı zona sayılan ərazilərdə COVİD-19-a yoluxmanın sayını azaltmaq məqsədilə həftə sonu qapanması tətbiq edilib. Gündəlik yoluxma sayının artımı növbəti həftənin şənbə-bazar günləri də küçəyə çıxma qadağasının tətbiq ediləcəyini istisna etmir.

    Azadmedia.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov modern.az-a bildirib ki, hələlik bu barədə danışmaq tezdir:

    “Qapanmlarla bağlı TƏBİB tərəfindən təhlillər aparılır. Yəqin ki, buna əsasən qərar veriləcək və ictimaiyyətə məlumat veriləcək”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-də isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR