AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin iclasları təxirə salınır - Bu tarixədək

  • + A
  • - A
  • 22-06-2020, 12:38

    Milli Məclisin iclasları təxirə salınır - Bu tarixədək
    Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.

    AzadMedia.az-ın məlumatına görə, bununla əlaqədar Milli Məclisin plenar iclaslarının iyulun 5-dək keçirilməməsi nəzərdə tutulur.

    Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.

    Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.

    Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.

    Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR