AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

  • + A
  • - A
  • 5-07-2020, 10:20

    Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
    Naftalan rayonunda qətl törədən şəxs müəyyən edilib.

    “Report”un məlumatına görə, şəhərdə 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənovanı bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğludur.

    Artıq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

    ***08:55

    Naftalanda qətl törədilib. 

    "Report"un məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.

    Belə ki, 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənova bıçaqlanıb. Nəticədə E.Verdiyeva ölüb, qızı isə belindən aldığı ağır bıçaq xəsarəti ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR