Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq
![]()
Lənkəranda və Samuxda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.