AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sergey Lavrov: “Türkiyə ilə problemlərə yanaşmamız hər məsələdə üst-üstə düşmür”

  • + A
  • - A
  • 26-10-2020, 17:34


    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünyadakı böhran vəziyyətlərini həll etmək üçün Türkiyə ilə qarşılıqlı əlaqələrini davam etdirəcəyini söyləyib.

    TASS agentliyi xəbər verir ki, S.Lavrov bu barədə Yunanıstandan olan həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

    “Bizim Türkiyə ilə münasibətlərimiz yaxşıdır, amma problemsiz də deyil. Bizim bu və ya digər problemlərə yanaşmamız hər məsələdə üst-üstə düşmür. Ancaq ortaq məxrəclər tapanda faydalı şəkildə güclərimizi birləşdiririk və böhran şəraitinin nizama salınmasına çalışırıq.

    Biz bu qarşılıqlı əlaqəni Türkiyə ilə davam etdirəcəyik”, - deyə S.Lavrov fikrini tamamlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR