AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədən Azərbaycana siklon gəlir: Çovğun olacaq

  • + A
  • - A
  • 18-01-2021, 14:02



    Yaxın günlər ərzində Azərbaycanda hava şəraiti dəyişəcək. Bunun səbəbi Türkiyədən hərəkət edən siklonun ölkə ərazisinə keçməsi ilə bağlıdır.

    Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

    Onun sözlərinə görə, yanvarın 19-u axşam saatlarında soyuq atmosferin paytaxta yaxınlaşması nəticəsində hava şəraiti dəyişəcək:

    “Yağış olacaq. Sonrakı günlərdə yağıntının sulu qar və qara keçəcəyi gözlənir. Qeyri-sabit hava şəraiti yanvarın 21-i axşama kimi davam edəcək. Bu müddət ərzində şimal-qərb küləyinin sürəti saniyədə 15-25 metrə çatacaq”.

    O bildirib ki, paytaxtda havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir:

    “Hava şəraiti ilə bağlı yanvarın 20-də gecə, ayin 21-də isə səhər və axşam saatlarında çovğun olacağı gözlənilir. Yanvarın 21 və 22-də şəhərətraflı yolların buz bağlanması istisna olunmur”.

    U.Tağıyeva qeyd edib ki, bu gün axşam saatlarından başlayaraq qərb və şimal rayonlarında havanın dəyişəcəyi, yağış və qar yağması gözlənilir:

    “Yanvarın 19-dan 21-i gündüzə kimi proses bütün ölkəni əhatə edəcək. Bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur. Şimal-qərb küləyinin gücü saniyədə 21-28 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır. Dağlıq və dağətəyi yollar buz bağlayacaq”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR