
Sovet hakimiyyəti iyrənc yalan idi.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays deyib.
“Səhər tezdən radionu qoşursan və sevincli səs eşidirsən: “Salam, uşaqlar”. Bax, birincidən sonuncu sözə qədər iyrənc yalan idi. Hər kəs bunun yalan olduğunu yaxşı başa düşürdü. Oxşar yalan dövlət həyatının bu aspektlərində müşahidə edilirdi”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bundan öncə SSRİ-nin çöküşünü XX əsrin ən böyük fəlakəti adlandırmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.