Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
Azadmedia.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib.
İlk hissədə qapılara qol vurulmayıb. İsveçrə millisi ikinci hissədə hesabı açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Uels millisi matçın sonlarına yaxın cavab qolunu vuraraq heç-heçəyə nail olub.
Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.
12 iyun
A qrupu
17:00. Uels - İsveçrə - 1:1
Qol: Kiffer Mur, 74 - Brel Embolo, 49
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu
Uels: 12. Vard, 4. Deyvis, 6. Rodon, 7. Allen, 10. Remzi, 11. Beyl (k) 13. Moor, 14. Roberts, 16. Morrell, 20. Ceyms, 22. Mefam
Ehtiyat oyunçular: 1. Hennessi, 21. Deyvis, 2.Qanter, 3. Uiliams, 5. Lukyer, 8. Vilson, 9. Roberts, 15. Ampadu, 15. Norrinqton-Deyvis, 19. Bruuks, 23. Levitt
İsveçrə: 1. Zommer, 2. Mbabu 4. Elvedi, 5. Akanci, 7. Embolo, 8. Froyler, 9. Seferoviç, 10. Caka (k) 13. Rodriqes, 22. Şer, 23. Şakiri
Ehtiyat oyunçular: 12. Mvoqo, 21. Omlin, 3. Vidmer, 6. Zakariya, 15. Sou, 11. Varqas, 14. Tsuber, 16. Fassnaxt, 17. Benito, 18. Mehmedi, 19. Qavranoviç, 25. Cömert