AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AVRO-2020: Çexiya meydan sahiblərinə qalib gəldi - VİDEO + YENİLƏNİB

  • + A
  • - A
  • 14-06-2021, 19:00



    Çexiya millisi D qrupunda ilk görüşünə qələbə ilə başlayıb.

    AzadMedia.az xəbər verir ki, Patrik Şikin dubl etdiyi görüşdə Çexiya millisi meydan sahibi Şotlandiyanı 2:0 məğlub edib. Bununla da Çexiya İngiltərənin yer aldığı qrupda lider olub.

    18:10

    Patrik Şik qapıçının qabağa çıxmasından istifadə edərək 52-ci dəqiqədə meydanın mərkəzindən mükəmməl qola imza atdı. O bununla da qol sayında Belçika millisinin hücumçusu Romelu Lukakuya çatdı.


    17:49

    Şotlandiya – Çexiya oyununda ilk hissə başa çatıb. Görüşün fasiləsinə Çexiya 1:0 hesablı qələbə ilə yollanıb.

    17:43

    Çexiya millisi 42-ci dəqiqədə Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şikin baş zərbəsi ilə qol vurdu.


    17:02

    Şotlandiyanın paytaxtı Qlazqo şəhərində D qrupunda ikinci görüşə start verilib.

    Oxu.Az xəbər verir ki, Şotlandiya Çexiya millisini qəbul edir.

    Komandalar meydana bu heyətlə çıxıb:

    Şotlandiya (3-5-2): Marşal, Hanli, Kuper, Hendri, ODonel, Armstronq, MakCin, MakTominey, Robertson (kapitan), Dayks, Kristi

    Çexiya (4-2-3-1): Vatslik, Borjil, Kalas, Çelustka, Tsoufal, Kral, Souçek, Yankto, Darida (kapitan), Masopust, Şik

    Qeyd edək ki, qrupun digər görüşündə İngiltərə Xorvatiyanı 1:0 məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR