AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaqanın İmam Hüseynə göndərdiyi 3 minlik ordu…

  • + A
  • - A
  • 10-08-2021, 21:21

    Xaqanın İmam Hüseynə göndərdiyi 3 minlik ordu…

    Kərbəla hadisəsi həm siyasi, həm tarixi, həm də insanlıq cəhətdən önəmli bir olaydır. Həzrət Hüseyn, qarşılığında hər nə olursa olsun, hər zaman doğrunun və haqqın yanında durmaq barədə insanlığa önəmli bir mesaj çatdırmışdır. Təsadüfi deyil ki, müasir Hindistanın qurucusu Mahatma Qandi və Afrikanın unudulmaz liderlərindən olan Nelson Mandela daxil olmaqla, tarix boyunca bir çox insan Həzrət Hüseynin ədalətsizliyə qarşı duruşunu özlərinə nümunə götürmüşdür. Məsələn, Mahatma Qandi belə demişdir: “Mən, Hüseyndən məzlum olduğu halda necə qalib gəlməyi öyrəndim”.

    Kərbəla sadəcə üzərində ağlanılanacaq və yalnız qəmginliklə qeyd ediləcək bir mövzu deyil. Əsas odur ki, insanlığa da dərs olan Kərbəla məsələsinin ana fikri dərk edilsin. Çoxları bilməsə də, Kərbala savaşında Həzrət Hüseynin yanında Yezidin qoşununa qarşı azərbaycanlılar da iştirak ediblər. Bu barədə yazacam.

    Ancaq indi yazacağım məsələ Göytürk dövlətı, İltəriş Xaqanın İmam Hüseyni qorumaq üçün atdığı addımlardır. Qeyd edim ki, İltəriş Xaqan öz dostu Bilgə Tonyukukla birgə Göytürk dövlətini qurmaq üçün mübarizəyə başlamışdı və gələcəkdə qurulacaq dövlətin siyasi xətlərini hazırlayırdı. Eyni zamanda o, “Günəş və Aslan” təşkilatının seçilmişi idi. Bu gün mifik bir qurum kimi təqdim edilən “Günəş və Aslan” Mühafizə Təşkilatı əslində tarixi bir gerçəklikdir. İslamdan öncə türklərin gizli təşkilatı olan bu qurum İslamdan sonra da fəaliyyət göstərmiş və əsas məqsədi türk coğrafiyasına daxil olan ərazilərdə imperatorluqlar, dövlətlər, bəyliklər, xanlıqlar və respublikalar qurmaq olmuşdur. Məhz Kür Şad İnqilabından sonra Ötükəndən üzü Anadoluya qədər olan bir coğrafiya “Günəş və Aslan”nın idarəçiliyi altında olub.

    “Günəş və Aslan” təşkilatına rəhbərlik edən İltəriş Xaqan yeni yaranan islam dininin yayılma coğrafiyası və türklərin tanrıçılığöna yaxın olduğunu bildiyi üçün öz adamlarını Ərəbistana göndərmişdi. Onlar baş verən prosesləri izləyir və mütamadi olaraq ona məlumatlar göndərirdilər. Bunların işi əsasən Peyğəmbər nəslinin davamçıları olanların yanında olmaq, onları qorumaq və Əhli Beytin mühafizəsi idi. Bunlar içərisində Mədinə şəhərinə islam dinini öyrənmək və o zaman “akıncı” deyilən şəxslərə rəhbərlik edən Vazih Külem Türk xüsusilə seçilirdi. O, döyüş üzrə yaxşı əsgər olmaqla yanaşı, savadlı və bacarıqlı gənc idi. O, Əhli Beytə o qədər yaxınlıq göstərir ki, Həzrəti Hüseynin oğlu Zeynal Abidin ibn Əli ibn Hüseynin şəxsi köməkçisi təyin edilir. Eyni zamanda Zeynal Abidinin mühafizə xidmətinin rəhbəri olur.

    Vazih Külem Türkün sədaqəti Həzrət Hüseyn tərəfindən yüksək qiymətləndirilir. Ərəb mənbələrində adı “Elsem-i Türkî” kimi keçən Vazihin missiyası İltərişin tapşırıqlarını icra etmək idi.

    Mütamati olaraq İltəriş Xaqana məktub yazan Vazihin yazılarının birində deyilir: “Mən Həzrətə xaqanlıq barədə məlumat verdim, o əlini Tanrıya uzadaraq, “Ya Allah, mənim ailəmi qoruyan 7 türk igidinə 7 türk dövləti nəsib et” deyə dua etdi. Lakin burda vəziyyət çox gərgindir. Yeni xəlifə Məhəmmədin nəslini yox etməyi düşünür. Bir dəstə göndərməyiniz yaxşı olar. Biz Kərbala istiqamətində hərəkət edirik”.

    Həzrəti Hüseynin sağ tərəfində Kərbalaya hərəkət edən Vazihin əsas işi onu qorumaq idi. Döyüş başlanan zamandan Həzrəti Hüseyndən ayrılmayan Vazih qarşı tərəfin say çoxluğunu görərək, imama yaxınlaşıb döyüş üçün izn istəməsi və aşağıdakı sözləri deməsi qaynaqlarda yazılır:

    Dəniz nizə və qılınc

    Zərbələrimlə qaynayacaq

    Göy oxlarımla dolacaq

    Əlimdə iti qılıncım görünəndə

    Təkəbbürlülərin qısqanc qəlbi parçalanacaq

    Döyüş zamanı ağır yaralanan Vazih yerə yıxılır və Həzrəti Hüseynə doğru baxır. Onun yaralandığını görəm imam ona yaxınlaşır və onun qanlı başını sinəsinə sıxır. Qaynaqlarda yazılır ki, Vazihin son sözü “Kim mənim kimi ola bilər, Peyğəmbərin nəvəsi məni qucaqlayır, yanağım yanağındadır” olur.

    Kərbalada Həzrəti Hüseyn və tərəfdarlarının məğlubiyyətindən iki gün sonra isə İltəriş Xaqanın göndərdiyi 3 min nəfərlik dəstə döyüş yerinə çata bilir. Amma artıq o zaman gec idi…
    axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR