AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MEDİA Agentliyinin təşkilatçılığı ilə universitetlərdə xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb - FOTOLAR

  • + A
  • - A
  • 1-10-2022, 13:34

    MEDİA Agentliyinin təşkilatçılığı ilə universitetlərdə xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb - FOTOLAR


    MEDİA Agentliyinin təşkilatçılığı ilə universitetlərdə xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb.

    Azadmedia.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərinin artırılması və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarların keçirilməsinə başlanılıb.

    Seminarların keçirilməsində əsas məqsəd xarici mütəxəssisləri cəlb etməklə Azərbaycan universitetlərində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq media təcrübəsinə yiyələnməsidir.
    Silsilə seminarlar çərçivəsində ilk olaraq MEDİA Agentliyi və “ADA” Universiteti arasında bu il imzalanan əməkdaşlıq memorandumunun tərkib hissəsi kimi media sahəsində mütəxəssislərin hazırlanması məqsədilə Universitetin Kommunikasiya və Rəqəmsal Media ixtisasının tədrisində xarici mütəxəssislərin cəlb olunmasına başlanılıb. Agentliyin dəstəyi ilə cari tədris ilində Universitetdə kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə müvafiq fənləri Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli tədris edəcəkdir.

    Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcəkdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR