Mərakeş ötən il elan edib ki, “2030-cu ilə qədər ordu standartlarının yüksəldilməsi proqramı” çərçivəsində İsraildən “Merkava” tankları alacaq.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Yair Kolesin Mərakeşə səfərindən sonra iki ölkə arasında razılaşmanın təfərrüatları müəyyənləşməyə başlayıb.
Belə ki, İsrail Müdafiə Nazirliyinin əldə etdiyi məlumata görə, Mərakeşə təhvil veriləcək “Merkava” tankları İsrail ordusu tərəfindən istismardan çıxarılan tanklardan ibarət olacaq.
Qeyd edək ki, yaxın bir neçə ayda tamamlanacağı gözlənilən sövdələşmə Mərakeşi “Merkava” tanklarının ilk alıcısına çevirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.