AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Go Türkiye proqramı çərçivəsində dünyanın altı ölkəsindən olan Jurnalistlər Türkiyədə səfərdədir - ÖZƏL

  • + A
  • - A
  • 11-07-2023, 19:00

    Go Türkiye proqramı çərçivəsində dünyanın altı ölkəsindən olan Jurnalistlər Türkiyədə səfərdədir -


    ”Go Türkiye” proqramı
    çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.

    Azadmedia.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın altı ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşərək, ilk səfərlərini Antalyadan başlayıblar.



    Belə ki, proqramda Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla altı ölkədən olan beynəlxalq jurnalistlər və eyni zamanda bloqqerlər iştirak edir. Azərbaycanı xəbər saytı adına Azadmedia.az təmsil edir.


    Həmçinin turistlərin diqqətini cəlb edə biləcək bir-birindən maraqlı məlumatlar Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın Azərbaycan nümayəndəsi olduğu 1453 Kral Media-da da yayınlanacaqdır.

    Xatırladaq ki, “Go Turkiye” səfəri çərçivəsində Antalya, Burdur və Isparta şəhərlərinin turizm potensialının tanıdılması nəzərdə tutulub.

    Türkiyənin Qlobal Turizm Tanıtım Platforması GoTurkiye.com Türkiyə haqqında məlumat almaq və səyahətlərini planlaşdırmaq istəyən bütün istifadəçilərə ölkənin mədəniyyət və turizm dəyərlərini bir məcrada təqdim edir.

    Bundan əlavə Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi – TGA tərəfindən ən son texnologiya və müasir dizayn tendensiyalarına uyğun olaraq hazırlanan bu platforma ilə yüksək səviyyəli istifadəçi təcrübəsi hədəflənib ki, bunun vasitəsilə də istifadəçilər Türkiyə ilə bağlı əhatəli məzmundan daha çox və ətraflı şəkildə faydalanmaqdadırlar.

    Qeyd edək ki, səfər 11-14 iyul tarixlərini əhatə edir.

    Nəzərinizə çatdıraq ki, “Go Turkiye” proqramı çərçivəsində Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Aslı xanım, Betül xanım və bələdçi olaraq Mustafa Yalçınkaya altı ölkənin jurnalistlərini müşayiət edəcəklər.


    Ülker Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR