Bakı, 17 iyul — Azadmedia.az
TÜRKİYƏNİN ƏN GÖZƏL ÇİMƏRLİKLƏRİ
Türkegey və Türk Rivierası ilə Aralıq dənizinin mərkəzində yerləşən Türkiyə dünyanın ən gözəl çimərliklərinə ev sahibliyi edir. Yay boyu Türkiyənin gözəl çimərlikləri mavi və yaşıl rəngləri birləşdirərək istirahət etmək, həzz almaq və müxtəlif maraqlı fəaliyyətlər üçün bir sıra imkanlar təklif edir. Eləcə də bu təmiz Mavi Bayraqlı çimərliklər dünyanın ən nüfuzlu sivilizasiyalarının izləri, bənzərsiz dadları, üzüm bağları marşrutları və ləzzətli türk şərabları ilə müşayiət olunur.
Türk Rivierası: Xəyallardakı istirahət
Türk Rivierasının mərkəzində yerləşən Antalya, Aspendosdan Myraya, Sidedən Pergeyə qədər çoxlu sayda tarixi yerləri, uzun sahil xətti, firuzəyi suları, sakit körfəzləri və idman fəaliyyətləri imkanları ilə yüksək qiymətləndirilən istirahət məkanıdır. Gözəl çimərlikləri ilə tanınan və 231 Mavi Bayraq sertifikatlı çimərliyə ev sahibliyi edən Antalyada demək olar ki, hər yol sizi fərqli bir çimərliyə aparır. Bəzi çimərliklər kilometrlərlə uzunluqda, bəziləri isə dağlarda və koylarda gizlənmiş incilərdir. Məsələn, Kaputaş ... Ağ qumlu çimərliyi və firuzəyi dənizi ilə Kaş-Kalkan yolundakı Kaputaş çimərliyi heyranedicidir. Bu kiçik çimərlik öz sehri ilə dünyanın ən gözəl 50 çimərliyindən biri olaraq seçilib. Cenevizli Admiral Andrea Dorianın adını daşıyan və Finike-Demre yolu arasında yerləşən Andrea Doria Körfəzi Antalyanın ən füsunkar çimərliklərindən biridir. Bu mənzərəli çimərlik qayalar, makilər və yabanı zeytunlarla əhatə olunub. Eləcə də dəniz tısbağaları və Aralıq dənizi rahib suitiləri tərəfindən tez-tez ziyarət edilir. 14 km uzunluğu ilə Türkiyənin ikinci ən uzun çimərliyi olan Patara çimərliyi də Antalyada yerləşir. Bu möhtəşəm çimərlik Türkiyənin ən əhəmiyyətli dəniz tısbağası yuvalarından biridir. Bu səbəbdən mayın 15-dən sentyabrın 15-dək ziyarətçilər və dəniz tısbağaları növbə ilə Patara çimərliyindən istifadə edirlər.
Mavinin min bir çalarına səyahət
Türkiyənin xoşbəxtlik sahili olan Bodrum, Türkegeyin ən məşhur tətil yerlərindən biridir. Təmiz dənizi, qızılı qumsalı və heyrətamiz sahil xətti ilə bölgə günəş və dəniz həvəskarları üçün mükəmməl istirahət məkanıdır. Bodrumun mərkəzinə ən yaxın çimərliklərdən biri olan Gümbet Beach, mavinin müxtəlif çalarlarını birləşdirən dənizi, qayıq turları, su idmanları və dalğıc klubları ilə unudulmaz təcrübələr vəd edir. Bitez çimərliyi üzgüçülük və digər su fəaliyyəti üçün idealdır. Geniş qumlu çimərliyi və nəfəs kəsən mənzərələri ilə yanaşı, Bitez çimərliyi bir çox kafe və restoranlarla əhatə olunub. Göltürkbükü Plajı, Bodrumun sevimli tətil yeri Türkbükü'nün mərkəzində yerləşir və şəhərin ən canlı bölgələrindən biridir. Cəlbedici çimərlik klubları ilə çimərlik, dəbdəbəli təcrübələr vəd edir.
İzmir: Türkegeyin ürəyi
Çanaqqaladan cənuba getdikdə, 'Türkegeyin incisi' İzmirə çatacaqsınız. İzmir dedikdə ağıla ilk gələn şəhərin ən məşhur turizm məkanı Çeşmədir. Ilıca və Alaçatı çimərlikləri gözəl dənizi və qızılı qumsalı ilə Çeşmənin ulduzlarıdır. Sakit və səssiz suyu ilə məşhur olan Alaçatı çimərliyi Çeşmənin mərkəzindən təxminən 13 kilometr məsafədə yerləşir. Çeşmenin ən təmiz çimərliklərindən biri olan Alaçatı çimərliyində Egey günəşi altında günəş vannası qəbul edib, kokteylinizin dadını çıxara bilərsiniz. Çeşmənin Ilıca səmtində yerləşən Ilıca çimərliyi dincəlmək üçün bölgənin başqa bir məşhur yeridir. Ilıca ətrafındakı dənizləri isidən dayaz, termal bulaq suları hamıya məlumdur. Kristal kimi təmiz Egey sularında üzərək, günəş altında dincələrək və gözəl havanın təravətindən zövq alaraq istədiyiniz qədər vaxt keçirə bilərsiniz.
Çanaqqala : Şimali Egeydəki Yaşıl Cənnət
Türkiyənin Egey dənizi sahilində yerləşən bir çox şəhər yay aylarında ziyarətçilərlə dolubolur. Bunlardan biri də dənizləri bir qədər sakit olan, lakin yaşıl örtüyü ilə valeh edən Çanaqqalanın Assos sahilləridir. Bölgənin ən məşhur iki çimərliyi Assos Sokakağzı Plajı və hər iki tərəfdən zeytun ağacları ilə əhatə olunmuş Kadırga Körfəzidir. Ancaq Çanaqqala dedikdə iki gözəl Türkegey adası olan Bozcaada və Gökçeadanı unutmaq olmaz. Mavi dənizi və ipək qumları ilə Bozcaadanın Ayazma çimərliyi Egey dənizinin ən heyranedici çimərliklərindən biridir. Türkegeyin ən böyük adası olan Gökçeadadakı 1200 metr uzunluğundakı Aydıncık çimərliyi gözəl qumları ilə sörfçülərin ziyarət etdiyi başqa bir yüksək reytinqli təbii çimərlikdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.