AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ bu ölkə ilə 19-cu hərbi təlim keçirəcək - SON DƏQİQƏ

  • + A
  • - A
  • 31-07-2023, 13:11

    ABŞ bu ölkə ilə 19-cu hərbi təlim keçirəcək -



    ABŞ və Hindistan Alyaska ştatında sentyabrın 25-dən oktyabrın 8-dək 19-cu hərbi təlim keçirəcək.

    Azadmedia.az xəbər verir ki, məlumatı “News18” telekanalı yayıb.

    Belə ki, ABŞ təlimdə iştirak edəcək silahlı qüvvələrin heyəti, sayı və digər texniki məsələləri hələ açıqlamayıb. Hindistan tərəfdən isə hərbi təlimdə "Marath" alayının hərbçilərinin iştirak edəcəyi məlumdur.

    Qeyd edək ki, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, həmçinin, humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR