Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Finlandiyanın NATO-ya qəbulunu ələ salıb.
Azadmedia.az xəbər verir ki, Medvedyev bununla bağlı Teleqram kanalında lətifə də paylaşıb.
Belə ki, Medvedyevin paylaşdığı lətifədə Pekka və Matti adlı iki finin dialoqu təqdim olunub:
- Pekka, ölkəmiz niyə NATO-ya üzv oldu?
- Ruslar bizi hədələyir.
- Niyə bizi hədələyirlər?
- Matti, çünki biz NATO-ya daxil oluruq.
Qeyd edək ki, bu ilin aprelində Finlandiya NATO-nun rəsmən 31-ci üzvü olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.