AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub - XİN

  • + A
  • - A
  • 18-08-2023, 09:54

    Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub -


    Xarici işlər naziri Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər nazirliyinin məlumatına görə, Hakan Fidan görüş zamanı Şimali Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hökumətinin “Pile-Yiğitler Yolu” layihəsi ilə bağlı Kolonnanı məlumatlandırıb.

    Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsü də müzakirə olunub.

    Qeyd edək ki, Şimali Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi "Pile-Yiğitler Yolu" layihəsinin KKTC-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə asan gediş-gəlişi təmin etmək üçün tamamilə humanitar səbəblərlə hazırlandığını açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR