AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çinin növbəti pilotlu missiyası kosmosa göndərilib - KİV

  • + A
  • - A
  • 26-10-2023, 08:41

    Çinin növbəti pilotlu missiyası kosmosa göndərilib -


    Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti pilotlu missiyası kosmosa göndərilib.
    Belə ki, “Şencou-17” missiyasında astronavtlar (Çində onları taykonout adlandırırlar) Tan Honbo, Tan Şencie və Cian Sinlin iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 12-ci pilotlu missiyası, ümumilikdə isə 30-cu missiyasıdır. “Şencou-17” missiyası kosmik stansiyada 6 ay qalan “Şencou-16” missiyasının 3 astronavtını əvəzləyəcək. Elə “Şencou-17” missiyasının heyətinin kosmik stansiyada təxminən 6 ay qalması nəzərdə tutulur. Astronavtlar kosmik stansiyada bir neçə tapşırıq, texniki yoxlama, müxtəlif eksperimentlər həyata keçirəcəklər. “Şencou-16” missiyasının 3 üzvü isə oktyabrın 31-də yerə qayıdacaq. Azərbaycan ictimaiyyətinə Çinin “Şencou-16” missiyasının üzvləri Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin açılış mərasiminə göndərdikləri videomüraciətdən tanışdır. Çinli astronavtlar videomüraciətlərində 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi zamanı Ümummilli Lider Heydər Əliyevin və gənc İlham Əliyevin kosmonavtlarla tarixi fotosunu sürpriz formada nümayiş etdirmişdirlər.

    “Şencou-17” kosmik gəmisini və astronavtları orbitə aparan “Uzun yürüş” adlı daşıyıcı raketin buraxılışı yerli vaxtla saat 11:14-də Ciuçüən kosmodromunda baş tutub. Buraxılışdan təxminən yarım saat sonra Çin missiyanın uğurlu olması barədə məlumat yayıb. Bu, o deməkdir ki, daşıyıcı raket kosmik gəmini hədəflənən orbitə çıxarıb. Növbəti mərhələ isə kosmik gəminin “Tienqon” adlı stansiyası ilə birləşməsidir. Birləşmədən sonra astronavtlar stansiyaya keçərək, fəaliyyətə başlayacaqlar. Azərtac


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR