"Liftdə asılan güzgülər sərnişinlər üçün təkcə estetik rol oynamır, həm də psixoloji, sosial və informasiya əhəmiyyətlidir..."
"Güzgülər insanları qapalı məkanda olmaq qorxusundan xilas edir..."
Liftdə asılan güzgülər bir çoxları tərəfinfən onların sayəsində evdən çıxmazdan öncə özünə son dəfə nəzər salmağa imkan verən rahat aksessuar kimi qəbul edir. Lakin liftə daxil olarkən öz əksinizlə üzləşəmənin daha mühüm səbəbləri var.
Bu barədə Britaniyanın "Gartec" evdaxili qaldırıcı liftlərin istehsalçısının saytı məlumat verib. Məlumatı "rus-media.pro" nəşri yayıb.
Liftdə güzgülər sərnişinlər üçün təkcə estetik rol oynamır, həm də psixoloji, sosial və informasiya əhəmiyyətlidir.
Liftlərə ilk vaxtlar güzgülər asılandan sonra sərnişinlər onun sürətinin artdığını qeyd edib, əslində isə sürət dəyişilməyib.
Sərnişinlər tərəfindən liftdəki sürətin qavranılmasına bir çox amillər təsir göstərir:
- qapalı məkanda olmaq qorxusu;
- kənar adamlarla bir yerdə olmaqdan yaranan narahatlıq;
- hərəkət edən kabinə məkanında olmaq qorxusu;
- hava məhdudluğu, havasızlıq, darıxmaq hissi və s.
1. Mədəni davranış
Güzgülərin mövcud olması sərnişinlərdə nikbinlik yaradır və onları ümumi davranış qaydalarına riayət etməyə sövq edir. Heç demə, güzgülü kabinələrdə vandalizm hallarına az rast gəlinir.
İnsan hətta tək olsa belə, güzgüdə öz əksini görəndə ləyaqətli, sakit və düşünərək davranır, görünür, hətta özü ilə tək qalanda da özünü kənardan daha yaxşı görür.
2. Klaustrofobiya ilə mübarizə
Liftlərdəki güzgülər həmçinin liftlər kimi qapalı məkanlarda klaustrofobiyanın (qapalı məkan qorxusu-red.) azaldılmasına xidmət edir.
Güzgülər vizual olaraq məkanı genişləndirir, daha parlaq və bərabər işıqlandırmanı təmin edir, narahatlığı azaldır və şəxsi məkanın əks etdirilməsi hissini yaradaraq həyəcanı azaltmağa kömək edir.
Liftin güzgülü divarları rahatlıq nöqteyi-nəzərdən hərəkəti xeyli sadələşdirir və qapalı məkan hissisi xeyli aşağı salır.
3. Təhlükəsizliyin yaxşılaşdırılması
Luftlərdə olan güzgülər təhlükəsizliyi yaxşılaşdırır, sərnişinlərə kabinədə digər adamların davranışını müşahidə etməyə imkan verir.
Hərçənd bəzən söhbət təkcə təhlükəsizlik hissindən deyil, həm də faktiki təhlükəsizlilkdən gedir.
Liftlər güzgü olmadan problemsiz olaraq çanta və ya ciblərdən pul kisəsi və telefonu çıxara bilən cibgirlərin sevimli yeridir.
Lakin kabinədə güzgü quraşdırılıbsa, hər bir sərnişin özünü müxtəlif rakurslardan görə biləcək və cibgirlərin işini çətinləşdirəcək.
4. Əyləncə və vaxta qənaət
Güzgüdə insan xüsusilə harasa gecikəndə və tez bir zamanda evdən çıxmağa tələsəndə özünə, öz ayaqqabısı və paltarına baxa bilər.
Əgər sərnişin liftdə tək və ya yalnız yaxınları ilə olursa, o zaman güzgü qarşısında sərbəst hərəkət edə, hətta sosial şəbəkələr üçün selfi də edə bilər.
Ayrıca olaraq güzgü qapalı məkanda darıxan körpələr üçün əyləncə ola bilər. Yanında olan valideyn isə açarları sakitcə çıxarmaq və alış-verişlə dolu çantaları götürmək üçün zaman və imkana malik olacaq.
5. Məhdud imkanlı insanlara kömək
Güzgülər məhdud imkanlı adamlara, o cümlədən əlil arabasında olanlara kömək edir. Güzgülər onlara vəziyyəti arxadan görməyə imkan verir, bu da liftə giriş və çıxışda kənar yardım olmadan manevr etməyi asanlaşdırır.(Moderator)