2024-cü ilin əvvəlində Kaliforniyada dünyada ilk dəfə olaraq tamamilə robotlaşdırılmış restoran açılacaq. Bütün istehsal prosesləri süni intellekt tərəfindən idarə olunacaq.
Belə bir restoran açmaq ideyası eyni zamanda Amerikanın “Cali Group”, “Miso Robotics” və “PopID” şirkətlərinə məxsusdur. “Cali Group” müasir texnologiyaların restoran və pərakəndə biznes sahəsinə tətbiqi üzrə ixtisaslaşıb.
Azadmedia.az xarici KİV-lərə istinadla xəbər verir ki, “PopID” şirkəti biometrikdən istifadə edərək təmassız ödəniş üçün həllər təklif edir.
Belə ki, restoran “CaliExpress by Flippy” adlandırılacaq və ABŞ-ın Kaliforniya ştatındakı Pasadena şəhərinin mərkəzində yerləşəcək. Restoran Amerikanın ənənəvi fastfudun hazırlanmasında ixtisaslaşacaq – menyuya hələ ki, üç növ burger, kartof fri və salat daxil olunub. Onların hazırlanması üçün “Flippy” istehsalı olan bir neçə tamamilə robotlaşdırılmış qril stansiyası quraşdırılacaq.
Qeyd edək ki, robot şef komandası xüsusi yazılmış proqram təminatı tərəfindən idarə olunacaq. Özünəxidmət köşkləri vasitəsilə sifariş vermək mümkün olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.