Bağdadda İraq silahlı qüvvələrinə məxsus silah anbarının ərazisində güclü partlayış baş verib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Belə ki, həmin mənbənin sözlərinə görə, partlayışa səbəb yanğın olub. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.