Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin baş verdiyi ərazidən 12 mindən çox insan təxliyə edilib. Yeraltı təkanlar nəticəsində 50-yə yaxın ev dağılıb, daha 78 binaya ziyan dəyib.
Xatırladaq ki, Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Sincan-Uyğur muxtar rayonunun Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 264 kilometr cənub-şərqdə olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.