Suriya ərazisində Türkiyə silahlı qüvvələrinin bölmələrinə atəş açan 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Belə ki, təxribat hücumları Suriyanın şimalında “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə baş verib.
Nazirlik əməliyyatların videogörüntülərini paylaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.