Türkiyədə İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-49” əməliyyatı keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Belə ki, ölkənin 33 vilayətdə eyni vaxtda başladılan əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb.
Qeyd edək ki, nazir terrorizmə qarşı mübarizəni fasiləsiz və qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.