ABŞ hərbçisi fevralın 25-də Vaşinqtondakı İsrail səfirliyinin qarşısında özünü yandırıb.
Azadmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, amerikalı hərbçi Qəzza zolağındakı müharibəyə etiraz əlaməti olaraq özünü yandırıb.
Belə ki, ABŞ Hərbi Hava Qüvvələri özünü yandıran şəxsin həqiqi xidmətdə olan hərbi pilot olduğunu təsdiqləyib. Kritik vəziyyətdə olan hərbçi xəstəxanaya çatdırılıb.
"Mən artıq soyqırımın iştirakçısı olmayacağam", - özünü yandıran hərbçi internetdə canlı yayımladığı videoda bildirib.
Həmçinin Amerikalının uniforma ilə "Fələstinə Azadlıq" qışqırması və İsraili Qəzzada soyqırımı törətməkdə ittiham etməsi bildirilir.
Hazırda ABŞ polisi və Məxfi Xidməti hadisəni araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.