Fevralın 26-da İranın müxtəlif bölgələrində dövlət idarələri və məktəblərdə tətil elan edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Belə ki, ölkə əyalətlərinin yarısında məktəblər qaz çatışmazlığı və isitmə sistemində yaranan çətinliklər səbəbindən bağlanıb.
Qeyd edək ki, İranın bir sıra elektrik stansiyaları qış aylarında qaz istehlakına qənaət etmək üçün mazutdan istifadəyə başlayıb. Bu, böyük şəhərlərdə havanın ciddi şəkildə çirklənməsinə, ekoloji problemlərin artmasına səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.