Fransa “Kənd koordinasiyası” adlı fermerlərin həmkarlar ittifaqı hökumətin siyasətinə etiraz olaraq Parisdə Zəfər tağı yaxınlığında aksiya keçirir.
Azadmedia.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə həmkarlar ittifaqı sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, tağın yerləşdiyi Şarl de Qol meydanında hazırda 150-yə yaxın fermer var. Fermerlər Zəfər tağına gedən yolları bağlamışdılar. Daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib və hadisə yerinə jandarmlar gəlib. Həmkarlar ittifaqı rəhbərlərindən biri “qadağan olunmuş toplantı təşkil etdiyinə və nəqliyyatın hərəkətini pozduğuna” görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.