ABŞ və Britaniya hərbi koalisiyası husilərin Yəmənin qərbindəki liman və qəsəbələrdəki mövqelərinə 17 hava hücumu həyata keçirib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici telekanal məlumat yayıb.
Belə ki, ABŞ və koalisiya qüvvələri husilərin nəzarətində olan Yəmənin müxtəlif bölgələrini, o cümlədən Hüdeydə və Ras-İsa limanını hədəf alıb.
Qeyd edək ki, hücum nəticəsində 11 nəfərin həlak olduğu, ən azı 14 nəfərin isə yaralandığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.