Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.
Gürcüstan vətəndaşları - 1955-ci il təvvəlüdlü Malxaz Xulordava və 1956-cı il təvvəlüdlü Yali Todua Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Leksus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.(Report)
Faktla bağlı araşdırma davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.