Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Azərbaycan həqiqətlərinin və milli-mədəni irsinin beynəlxalq aləmdə təbliği yox dərəcəsində idi. Bu durumdan məharətlə istifadə edən düşmənlərimiz həm dövlətimiz, həm də xalqımız haqqında dezinformasiya yayırdlar. Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı ilə digər məsələlər kimi bu faktora da son qoydu. Beləki, lobbiçiliyin inkişafı və xaricdə yaşayan azərbaycanlıların əlaqali fəaliyyətinin təşkili məqsədilə Diaspora Komitəsi yaradıldı.
Bu fəaliyyətin bariz nümunəsi kimi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların işgüzar əməyini göstərə bilərik. Rusiya Federasiyasının Stavropol vilayətinin inzibati mərkəzi, kurort şəhəri Pyatiqorskda Araz milli-mədəni mərkəzinin rəhbəri Təhmasib Zeynalovun təşkilatçılığı keçirilən Novruz şənliyinə xüsusi qonaqlar da dəvət olunmuşdur.
Tədbirdə Qaraçay-Çərkəz Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Haqverdi Məmmədov, Dağısatan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Raqif Əzimov, Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əzizov Əliəsgər, İnquşetiya Respublikası Şuşa Milli-Mədəni Mərkəzinin rəhbəri Rəhmətulla Babayev, Mineralnıye vodı səhərinin Milli-Mədəni Muxtariyyətinin rəhbəri Eldar Babayev və b. iştirak edirdilər.
Pyatirorsk "Araz" Milli mədəni müxtariytatınin nəzdində olan “Xarı bülbül” ansanbılının iştirakı tədbirə xüsisi rəng verirdi.
Azərbaycandan 100 km-lərlə uzaqlıqda yaşyan azərbaycanlı uşaqlarının milli geyimdə görmək insana qürurla yanaşı kövrəklik də verir.
Çeçenistan Respublikası Milli-Mədəni Muxtariyyətinin rəhbəri Əliəsgər Əzizovun oğlanları Əhməd Əzizov və Hüseyn Əzizovun çıxışları iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
Hazırladı: Təhmasib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.