Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edən, SEPAH-a bağlı Ramin Yektapərəst Tehranda zərərsizləşdirilib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Belə ki, Almaniyada axtarışda olan və silsilə cinayətlərdə günahlandırıldığı üçün İrana qaçan Yektapərəst MOSSAD tərəfindən öldürülüb.
Həmçinin İsrail Ramin Yektapərəstin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Bundan əlavə, İran mediası isə onun öldürüldüyünü təsdiqləyib, ancaq əməliyyatın MOSSAD tərəfindən həyata keçirildiyi barədə məlumat yazmayıb.
Qeyd edək ki, 35 yaşlı Ramin Yektapərəst Almaniyada anadan olub, müxtəlif vaxtlarda bir neçə mütəşəkkil cinayətdə, qətldə iştirak edib. Bir neçə dəfə saxlanılan Yektapərəst cinayətlərinin sübutu üçün yetərli faktlar olmadığına görə sərbəst buraxılıb. Araşdırmalar nəticəsində onun cinayət əməllərini sübut edəcək faktlar aşkarlandıqdan sonra o, İrana qaçıb və oradan etdiyi çıxışlarında Almaniya polisini “bacarıqsız” adlandırıb, təhqir edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.