Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı dördə çatıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.
Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.
Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.
Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduqları bildirilir.
***
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.