Təbriz Neft Emalı Şirkətinin istehsalat şöbəsinin işçiləri müavinətlərinin verilməməsinə etiraz olaraq 16 gündür aksiya keçirirlər.
Azadmedia.az xəbər verir ki, 600-dən çox işçi zavodda yeməkdən imtina edərək, rəhbərliklə görüş tələb edir.
Belə ki, “16 gündür ki, zavodda yeməkdən imtina etmişik. Etirazımız ödənişlərin, məişət haqqının və müavinətlərin verilməməsinədir. Şirkətin icraçı direktorunun yanlış qərarlarına reaksiyamızı bildirmişik, ancaq iki həftədir ki, o, zavoda gəlmir”, - deyə etirazçılardan biri deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.