Polşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə ittiham edilərək həbs edilib.
Azadmedia.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Belə ki, “Bu, döyülmə, yanğın və yanğına cəhdlə bağlıdır. Söhbət muzdlulardan gedir, onların bəziləri kriminal aləmin adamlarıdır. Həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var”, - deyə o bildirib.
Həmçinin Tusk təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdini göstərib.
Qeyd edək ki, o, yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini deyib:
“Oxşar təxribat aktları Litva, Latviya və İsveçdə də həyata keçirilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.