Türkiyənin Zonquldaq vilayətində kömür mədəni çöküb.
Azadmedia.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, mədənin çökməsi nəticəsində iki nəfər uçqun altında qalıb. Mağarada qapalı qalan iki işçi - Tevfik Soy və Harun Karanın xilas edilməsi işləri davam edir.
Mədənin “Gelik” müəssisəsinə aid olduğu bildirilir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.