İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.Araşdırma aparılır.
***
Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib.
Hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çoxlu sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.