Boliviyada dövlət çevrilişinə cəhd edən general Xuan Xose Suniqa saxlanılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Boliviya Televiziyası məlumat verib.
Belə ki, ölkə prokurorluğu generalı terrorizmdə ittiham edir.
Boliviya daxili işlər naziri Karlos del Kastilyon isə qeyd edib ki, dövlət çevrilişinə cəhddə ən azı 9 nəfər yaralanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.