AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

  • + A
  • - A
  • 30-04-2021, 11:28


    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini O.Sadıxov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə O.Sadıxova narkotik vasitəni satan şəxsin Lənkəran rayonu Liman şəhər sakini N.Həsənli olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. N.Həsənlinin üzərindən 1 büküm narkotik vasitə heroin, yaşadığı evin arxasındakı bağ ərazisində isə kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR