AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

  • + A
  • - A
  • 1-03-2024, 17:29

    Şamaxıda  İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

    Həmçinin, Şamaxı rayonunda qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 5-i könüllü, 2-si əməliyyat yolu ilə olmaqla ümumilikdə 7 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR