AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabirabadda ağır qəzada iki nəfər öldü

  • + A
  • - A
  • 10-03-2024, 18:30

    Sabirabadda ağır qəzada iki nəfər öldü

    Sabirabadda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Mercedes” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar.

    Ağır yaralanan 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR