AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı

  • + A
  • - A
  • 14-03-2024, 21:00

    Vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanıldı

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.

    DİN-dən verilən məlumata görə, onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib. H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR