AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

  • + A
  • - A
  • 28-03-2024, 14:17

    Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?


    Kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı iddia edilir.

    Bu barədə Xırdalan ərazisində yaşayan vətəndaşlardan biri çəkdiyi videoda danışıb.

    Kanalizasiyanın daşıb ətrafa tökdüldüyünü deyən vətəndaş vəziyyətlə əlaqədar "Azərsu"ya dəfələrlə şikayət etdiklərini deyib:

    "Gəldilər, turba qoydular, arx qazdılar. Bu yolla kanalizasiya suları Ceyranbatan su anbarına tökülür. Aidiyyəti və səlahiyyətli orqanlar buna heç bir reaksiya vermir. Yağış yağanda burada kanalizasiya qaynayıb tökülür".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR