AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özündən 13 yaş kiçik arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

  • + A
  • - A
  • 5-04-2024, 23:57

    Özündən 13 yaş kiçik arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

    Binəqədi rayon prokurorluğunun məlumatı

    Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi rayonu, Cavadxan küçəsi ərazisində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Rəşad Quliyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR