AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 29-04-2024, 09:29

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    27-28 aprel tarixlərində ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 63 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb.

    **
    Goranboyda mənzildən oğurluq edən şəxs saxlanılıb

    Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1200 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G. Bağırova saxlanılıb. Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.
    Faktla bağlı araşdırmalar davam etdirilir.
    **

    Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat veriblər. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

    Araşdırmalar aparılır.
    **

    *Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.*

    *Aprelin 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 60 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.*


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR