AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəza törətdiyi maşını nömrəsiz sürən şəxs saxlandı

  • + A
  • - A
  • 30-04-2024, 11:54

    Qəza törətdiyi maşını nömrəsiz sürən şəxs saxlandı

    Baş DYP İdarəsinin məlumatı:

    "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanları olmadan idarə etdiyi üçün Əlimusa İsmayılov Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun avtomobili hüquqsuz idarə etməsi, habelə saxlanılan avtomobilin üzərində əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntularına görə 1678 manat məbləğində ödənilməmiş cərimə borcunun olması aşkar edilib.

    Bununla yanaşı təəssüf hissi ilə qeyd edilməlidir ki, sürücülük hüququ olmayan Əlimusa İsmayılov 5 ay bundan əvvəl bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində görülən qanunamüvafiq tədbirlərdən düzgün nəticə çıxarmamış, eyni əməllərə yol verməklə özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmaqdan çəkinməmişdir.

    Bir daha bütün yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarına ciddi riayət etmələrini xahiş edir, insanların həyat və sağlamlıqlarını təhlükəyə atacaq əməllərdən çəkinməyi onların diqqətlərini çatdırırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR